Əhaliyə ŞAD XƏBƏR – Bu gün giriş pulsuz olacaq

Oxunma vaxtı:48 Saniyə

Bu gün – 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Azərbaycanda bir sıra muzey və tarixi-mədəniyyət qoruqlarında “açıq qapı” günü keçiriləcək. Belə ki, ziyarətçilər bu məkanlara ödənişsiz şəkildə baş çəkə biləcəklər.

Bununla bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, aksiya Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeyləri əhatə edəcək. Bildirilib ki, aprelin 18-də qeyd olunan məkanlara giriş pulsuz olacaq.

Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü dünyada tarixi irsin qorunmasına diqqət çəkmək məqsədi ilə qeyd olunur. Bu gün münasibətilə müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da mədəni irs nümunələrinin daha yaxından tanıdılması üçün xüsusi tədbirlər həyata keçirilir.

“Açıq qapı” günü çərçivəsində vətəndaşlar və şəhər qonaqları tarixi abidələr, muzey eksponatları və mədəni irs nümunələri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bu təşəbbüs həm tarixi məkanlara marağın artırılması, həm də cəmiyyətin mədəni irsin qorunması ilə bağlı məlumatlılığının gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Loading

Next Post

Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR

İzmirin Torbalı rayonunda bir məktəbdə hücum planlaşdırdığı iddia edilən 8 şagird jandarma qrupları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Torbalı rayonundakı Özəl İzmir Pancar O.S.B. Peşə və Texniki Anadolu Liseyində təhsil alan bir qrup şagirdin öz aralarında yaratdıqları mesajlaşma qrupunda terror aktı planlaşdırdıqları müəyyən edilib. “12/A Aviyonik” adlı 20 nəfərlik “WhatsApp” […]