Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat – DETALLAR

Oxunma vaxtı:48 Saniyə

İzmirin Torbalı rayonunda bir məktəbdə hücum planlaşdırdığı iddia edilən 8 şagird jandarma qrupları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Torbalı rayonundakı Özəl İzmir Pancar O.S.B. Peşə və Texniki Anadolu Liseyində təhsil alan bir qrup şagirdin öz aralarında yaratdıqları mesajlaşma qrupunda terror aktı planlaşdırdıqları müəyyən edilib. “12/A Aviyonik” adlı 20 nəfərlik “WhatsApp” qrupunda yazışan şagirdlərin, son günlərdə Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarına bənzər bir aksiya üzərində detallı müzakirələr apardıqları bəlli olub.

Əldə edilən məlumatlar əsasında hərəkətə keçən jandarma qrupları müəyyən olunmuş ünvanlara eyni vaxtda əməliyyat təşkil edib. Əməliyyat nəticəsində mesajlaşma qrupunda yer alan və hücum hazırlığında olduğu iddia edilən T.Y., A.K., A.E.Ö., E.K., R.D., F.G., Ç.S. və A.Ç. yaxalanaraq nəzarətə götürülüb. Şübhəlilərin evlərində və rəqəmsal daşıyıcılarında aparılan axtarışlar zamanı əldə edilən sübutlar ekspertizaya göndərilib.

Saxlanılan 12-ci sinif şagirdlərinin Rayon Jandarma Komandanlığındakı dindirilmələri davam edir. Respublika Prokurorunun göstərişi ilə hadisə ilə bağlı başladılan genişmiqyaslı araşdırmalar sürdürülür.

Loading

Next Post

Başlıbel qətliamından 33 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 33 il ötür. 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı 2 minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri […]