Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək

DogruSozTv Az
Oxunma vaxtı:18 Saniyə

Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.

Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: “Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək”.

Loading

Next Post

Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz

Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bu barədə Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, işin hallarına görə, tərəflərin birgə nikahdan 11 yaşlı uşaqları var. Tərəflərin nikahı pozulmuş və ananın yanında qalan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması […]