Daşkənddə Azərbaycan-Özbəkistan hərbi əməkdaşlıq planı müzakirə edilib

Oxunma vaxtı:35 Saniyə

Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və rəhbərlik etdiyi nümayəndə heyəti “Hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üzrə qərargah danışıqları”nda iştirak etmək məqsədilə Özbəkistan Respublikasında səfərdə olub.

Daşkənd şəhərində hər iki ölkənin müvafiq idarələrinin geniştərkibli heyətinin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsi müzakirə edilib.

Səfər çərçivəsində, həmçinin Çimqan Dağçılıq Təlim Mərkəzi ziyarət olunub.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da cəlb olunduğu “Dağ döyüşçüsü kursu”nun buraxılış mərasimində iştirak edib.

Daşkənddə Azərbaycan-Özbəkistan hərbi əməkdaşlıq planı müzakirə edilib

Loading

Next Post

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək

Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər. Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və […]