Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək

Oxunma vaxtı:18 Saniyə

Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçiriləcək.

Loading

Next Post

Elçin Məsiyev dünya çempionatı matçına təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev təyinat alıb. Referi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq. Qeyd edək ki, G qrupunun […]