Azərbaycanlıların olduğu gəmilər vuruldu: 5 ölü, 6 yaralı

Oxunma vaxtı:35 Saniyə

Rusiyanın Krasnodar diyarının Qara dəniz sahillərində pilotsuz uçuş aparatlarının (PUA) tanker və yük gəmilərinə hücumu nəticəsində 5 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Bu barədə mənbəyə istinadən “İzvestiya” məlumat yayıb.

Məlumata görə, dronlar Taqanroq körfəzində tanker və iki quru yük gəmisini hədəfə alıb. Hücumun yerli vaxtla saat 05:00 radələrində baş verdiyi bildirilir.

Nəşr hadisənin təfərrüatları və zərərçəkənlərin şəxsiyyəti ilə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, zərbələrə məruz qalan “Natra” quru yük gəmisində 12 nəfər, “Zirkon” quru yük gəmisində isə 14 nəfər ekipaj üzvü olub. Onların hamısının Azərbaycan vətəndaşları olduğu bildirilir. Hər iki gəmi xarici bayraq altında üzür və Azərbaycan dövlətinə aid deyil.

Xatırladaq ki, azərbaycanlıların olduğu gəmilərə hücum barədə ilk məlumatı “Trend” agentliyi yaymışdı.

Loading

Next Post

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması ilk oxunuşda qəbul edilib

Milli Məclis böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması təklifini birinci oxunuşda qəbul edib. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü ilk iclasında müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə görə, bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması […]