Taksimdəki terroru törədən şəxsə 1794 il həbs cəzası verildi

Oxunma vaxtı:25 Saniyə

Türkiyədə məhkəmə 2022-ci ilin noyabrında İstanbulun Taksim səmtinin İstiqlal küçəsində PKK terror təşkilatının təlimatı ilə həyata keçirilən terror aktı ilə bağlı yekun qərar qəbul edib. 

Sözügedən terror aktını törətməkdə təqsirləndirilən Ahlam Albashır ömürlük həbs cəzasına məhkum edilib.

Bildirilir ki, məhkəmə Albashır barəsində 7 dəfə olmaqla ömürlük həbs cəzası, yaxud 1794 il müddətinə azadlıqdan məhrumetmə barədə qərar qəbul edib.

Xatırladaq ki, 2022-ci il noyabrın 13-ü törədilən terror aktı zamanı 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb. (TRT)

Loading

Next Post

İlham Əliyevlə Olaf Şolts mətbuat konfrası keçirdi - Video

Prezident İlham Əliyev və Almaniyanın Federal Kansleri Olaf Şolts Berlində mətbuat konfransı keçiriblər.  Mətbuat konfransının videosunu təqdim edirik: