Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Oxunma vaxtı:23 Saniyə

Milli Hidrometeorologiya Xidməti martın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Kəlbəcər, Laçın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevir, Şirvan, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Loading

Next Post

SEPAH İsrailə qarşı əməliyyatın 24-cü mərhələsinin başladığını elan edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı “Doğru vəd – 4” əməliyyatının 24-cü mərhələsinin başladığını elan edib. Bu barədə SEPAH-ın Mətbuat xidməti xəbər verib. “Fars” xəbər agentliyinin dərc etdiyi hərbi mətbuat açıqlamasına görə, İsrail ərazisinə üç raket atılıb.