Sistemləşmədən sonra jurnalistlərə daha çox güzəştlə bağlı layihələrlə çıxış edə bilərik – Agentlik sədri

Oxunma vaxtı:43 Saniyə

“Media haqqında” qanun layihəsi jurnalistlər və media subyektləri üçün güzəşt və imtiyazların tətbiq olunmasını nəzərdə tutur.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında videokonfrans formatında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Ə.İsmayılov bildirib ki, qanun layihəsinin məqsədi sistemləşmənin təşkilidir:

“Bu sistemləşmə təşkil olunduqdan sonra daha çox güzəşt və imtiyazların verilməsi ilə bağlı layihələrlə çıxış edə bilərik. Layihədə nəzərdə tutulmuş normalar bizə bu imkanı verir”, – deyə Ə.İsmayılov bildirib.

Ə.İsmayılov vurğulayıb ki, “Media haqqında” qanun layihəsi qəbul olunduqdan sonra “Reklam haqqında” qanuna da dəyişikliklər edilə bilər:

“Reklam məsələləri “Reklam haqqında” qanunla tənzimlənir. “Media haqqında” qanun qəbul olunursa, bu qanundan irəli gələn müvafiq dəyişikliklər və uyğunlaşdırma həyata keçiriləcək. Bununla bağlı məsələlər media nümayəndələri ilə müzakirə ediləcək”, – deyə Ə.İsmayılov vurğulayıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı 10 faiz artıb - Nazir

Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı 10 faiz artıb. Doğrusöztv.Az-ın məlumatına görə, bunu müdafiə sənayesi naziri Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə deyib. M.Quliyev qeyd edib ki, 2021-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş ümumi məhsul həcminin 60%-dən çoxunu ixraca yönəltmək mümkün olub. “Bunun […]