Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı 10 faiz artıb – Nazir

Oxunma vaxtı:24 Saniyə

Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı 10 faiz artıb.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu müdafiə sənayesi naziri Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə deyib.

M.Quliyev qeyd edib ki, 2021-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş ümumi məhsul həcminin 60%-dən çoxunu ixraca yönəltmək mümkün olub.

“Bunun nəticəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilməklə ümumi istehsal həcminin 2020-ci illə müqayisədə 10% artmasına nail olunub”, – nazir deyib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan gələn il 66 adda yeni silah və texnika istehsal edəcək

Müdafiə Sənayesi Nazirliyi gələn il 66 adda yeni silah və texnika istehsal etməyi planlaşdırır. Doğrusöztv.Az xəbər verir ki, bunu jurnalistlərə Müdafiə Sənayesi Nazirinin müavini Mehman Baxışov deyib “2022-ci ilin birinci yarısında seriyalı istehsalına başlanılacaq”, – deyə nazir müavini qeyd edib.