Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Oxunma vaxtı:43 Saniyə

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar mayın 10-da bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, mayın 10-da səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Məlumata görə, hərəkətin məhdudlaşdırılması Ulu Öndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

“Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”, – idarədən bildirilib.

Loading

Next Post

Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir

İslamofobiya və irqçilik Avropada yaşayan insanlar üçün ən böyük təhdiddir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9 may – Avropa Günü ilə bağlı təbrik mesajında qeyd olunub. Bildirilib ki, beynəlxalq miqyasda və regionda baş verən müharibələr, toqquşmalar, terrorlar və iqlim dəyişikliyi kimi məsələlər bütün dünyada olduğu kimi, Avropada da […]