Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib (FOTO)

Oxunma vaxtı:38 Saniyə

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N nömrəli hərbi hissədə Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib.

Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Vətən müharibəsi qaziləri, hərbi hissə komandanlığı, səyyar təşviqat qrupunun üzvləri və şəxsi heyət iştirak edib.

Görüşdə iştirak edən qazilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbə, döyüşlərdə göstərilən qəhrəmanlıq və şəxsi igidlik nümunələri barədən gənc əsgərlərlə geniş söhbət aparıb, ordumuzun əldə etdiyi tarixi zəfərin əhəmiyyətini xüsusi qeyd ediblər.

Tədbir zamanı istedadlı əsgərlər arasında musiqi yarışı keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi vətənpərvərlik mövzusunda musiqi nömrələri şəxsi heyət tərəfindən rəğbətlə qarşılanıb.

Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib (FOTO) - Gallery Image
Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi 20 iyun – Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb. Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, bəyanatda deyilir: “Bu gün dünyada, qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklər barədə məlumatlılığı artırmaq, onların güc və cəsarətlərini təqdir etmək üçün bir fürsət yaradan Ümumdünya Qaçqınlar Günü qeyd olunur. […]