Palata Anar Kərimovun dövründəki nöqsanları AŞKARLADI

alfonsonri
Oxunma vaxtı:51 Saniyə

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub.

Bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, zəruri kalkulyasiyaların aparılmaması daha yüksək qiymətlərin tətbiqinə şərait yaratmış, ümumilikdə 5058,6 min manat məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait ödənilib. Eləcə də, auditin əhatə etdiyi və bu dövrdən əvvəlki ildə tətbiq olunan qiymətlərin müqayisəsi 2020-2021-ci illərdə qiymətlərin bəzi hallarda aşağı olmadığını vurğulamaq imkanı verib.

O da bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə planlaşdırılması üzrə fəaliyyətin təmin olunmaması bir sıra hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnmiş, ümumilikdə dövlət büdcəsi xərclərinin 1283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaradıb.

Loading

Next Post

İnam Kərimov bu vəzifəsindən getdi

İnam Kərimovun Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti kimi fəaliyyəti dayandırılıb. Bu qərar onun Ali Məhkəmənin hakimi və sədri təyin olunması ilə əlaqədar qəbul edilib. Qurumun Ümumi Yığıncağının növbəti Seçki Konfransında yeni prezident seçiləcək. Xatırladaq ki, İnam Kərimov ötən ilin fevralından bu vəzifədə çalışırdı.