ABŞ “green card”la ölkəyə gəlişi dayandırır

Oxunma vaxtı:20 Saniyə

“Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxsin ölkəyə “green card” (yaşıl kart) lotereyası proqramı vasitəsilə daxil olması ilə əlaqədar ABŞ bu proqramı dayandırır.

Bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem “X” sosial şəbəkəsində bildirib.

“Prezident Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti) DV1 proqramlarını dayandırmaq barədə əmr verirəm ki, bu zərərli proqram səbəbindən amerikalılara artıq zərər dəyməsin”, – deyə o, yazıb.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,47 ABŞ dolları və ya 0,74% artaraq 63,87 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 63,4 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin […]