SON DƏQİQƏ: Bakıda çoxmərtəbəli yaşayış binasının lifti qırıldı – Yaralılar var

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 4 qadın ağır xəsarət alıb.

Hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus

“Uğur-2” yaşayış kompleksində baş verib.

Belə ki, kompleksdəki üçüncü binanın lifti qırılıb.

TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib: “Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.Report

Loading

Next Post

Vətən müharibəsinə mayor kimi qatılmışdı, qəfil vəfat etdi

Vətən müharibəsi iştirakçısı, mayor Nağıyev Rövşən Mərdan oğlu vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, ehtiyatda olan zabit bu gün Bakı şəhərində qəfil ürəktutmadan dünyasını dəyişib. Qeyd edək ki, Ordubadın Dəstə kəndindən olan Rövşən Nağıyev Xocavəndin, Füzulinin, Cəbrayılın, Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdu. Allah rəhmət eləsin!