Xalq artisti Arif Babayev vəfat edib

Oxunma vaxtı:1 Dəqiqə, 2 Saniyə


Xalq artisti Arif Babayev vəfat edib.

O bu gün vəfat edib.

Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib.

Qeyd edək ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.

Arif Babayev muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z. Hacıbəyov “Aşıq Qərib”), Camal (Ş. Axundova “Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaradıb, eləcə də onun ifasında bütün muğam dəstgahları səslənmiş və lentə alınaraq Azərbaycan Dövlət Televiziyasının “Qızıl fond”una daxil olmuşdur.

1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunan xanəndə 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb və uzun müddət Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib.

“Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli Xalq artisti 2 fevral 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı, 8 may 2025-ci ildə isə Heydər Əliyev Mükafatı ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!

Qeyd edək ki, A.Babayevin vəfatı barədə xəbəri ilk Oxu.az portalı yayıb.

Loading

Next Post

Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar […]