Nadir Qafarzadədən Vəfa Şərifova ilə bağlı İLGİNC ADDIM

Oxunma vaxtı:34 Saniyə

Müğənni Nadir Qafarzadə bir müddət əvvəl tənqid etdiyi həmkarı Vəfa Şərifova ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

İfaçı toylardan birində onunla birgə səhnə aldığını və səsini bəyəndiyini deyib:

“Ötən gün Xaldanda bir toyda Vəfa Şərifova da iştirak edirdi. Vəfanın orada oxumasına şahid oldum. Və dedim ki, niyə də olmasın? Yaxşı ifadırsa, canlı oxuyursa, buna dəstək olmaq lazımdır. Dünən pis nəyinsə şahidi olmadım”.

N.Qafarzadə V.Şərifova ilə toyda oxuduğu anları da sosial media hesabında yayımlayıb. Lakin o, daha sonra paylaşımlarını silib.

Qeyd edək ki, bir müddət əvvəl müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında “Cənnətimsən” mahnısı üstündə qalmaqal yaşanmışdı. Qafarzadə buna münasibət bildirərək ifaçıların oxuduğu mahnını Azərbaycan musiqisi üçün utancverici adlandırmışdı. (Axşam.az)

Loading

Next Post

Ötən il üçün IX siniflər arasında oxuyub yaza bilməyən şagirdlərin sayı açıqlanıb

Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub. Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” […]