“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edilib – SƏRƏNCAM

Oxunma vaxtı:31 Saniyə

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirməli, konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Loading

Next Post

Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək

Azərbaycanda kino sənayesində dövlət sifarişi sistemi, dəyər zənciri, o cümlədən kütləvi nümayiş və yayım sistemi təkmilləşdiriləcək. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb. Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə […]