Ötən il üçün IX siniflər arasında oxuyub yaza bilməyən şagirdlərin sayı açıqlanıb

Oxunma vaxtı:34 Saniyə

Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Bildirilib ki, belələri 9-cu sinif şagirdləri arasında 5 nəfər olub:

“Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayına gəlincə, Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarının hərəsində 1 nəfər olub.

Loading

Next Post

Azərbaycan Ordusu atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib

Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, olana əsasən, bölmələrin daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə yerləşməsi, texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra olunub. Təlimlərdə bölmələr haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən […]