Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq

Oxunma vaxtı:31 Saniyə

Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq.

Baş nazir Əli Əsədovun qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Bu səbəbdən aprelin 1-i təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris ediləcək.

Qeyd edək ki, bu gün Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb. Ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi.

Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.

Loading

Next Post

İran Prezidentinin müşaviri Azərbaycanda səfərdədir

İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycanda səfərdədir. “Report”un əldə etdiyi məlumata görə, onun səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.