Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir

Oxunma vaxtı:27 Saniyə

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 17–20 may 2026-cı il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak edir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, forum “Ortaq gələcək üçün təhsil: sülh, planet, məqsəd və inkişaf yolları” mövzusuna həsr olunub.

Qeyd edilib ki, forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən təhsil nazirləri, beynəlxalq təşkilatlar və strateji tərəfdaşlar bir araya gələrək inklüziv, keyfiyyətli və gələcəyə yönəlmiş təhsil sistemlərinin qurulması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müasir çağırışlara uyğun həll yollarının müzakirəsini aparacaqlar.

Loading

Next Post

Kobaxidze: Gürcüstan məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salır

Gürcüstan hökuməti işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salmağa və ailələri mənzillə təmin etməyə davam edir. Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, Gürcüstan uzun illərdir müharibə və işğalın humanitar […]