Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti uzadılıb

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin (əsas yerləşdirmədən sonra) portal.edu.az saytında qeydiyyat müddəti uzadılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, abituriyentlər 10 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri Elm və Təhsil Nazirliyi və ya portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Qeyd. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyat prosesinə isə 9 sentyabr saat 11:00-da start veriləcək və 15 sentyabr saat 18:00-dək davam edəcək.

Loading

Next Post

Əməyin mühafizəsi üzrə daha 18 milli standart hazırlanaraq təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əməyin mühafizəsi üzrə daha 18 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Sözügedən standartlar fərdi mühafizə vasitələrinin təhlükəsizlik və texniki […]