Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılacaq

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

15 aprel saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.

Bu barədə  Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Loading

Next Post

İlham Əliyevdən DİN və DTX ilə bağlı FƏRMAN

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanında dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.  Dəyişikliklə sənədə aşağıdakı məzmunda 2.5.3-cü yarımbənd və 2.6-cı bənd əlavə […]