Yeni marşrut xətti açılır

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Bakının Binəqədi rayonu Xocəsən qəsəbəsindən “Xocəsən” metrostansiyası istiqamətində 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilir. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, yeni marşrut xətti şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin “Xocəsən” metrostansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq açılıb.

Qeyd edilib ki, yeni müntəzəm marşrut xətti üzrə avtobuslar 13 fevraldan fəaliyyət göstərəcək və xətt üzrə daşımalar “Bus Trans” MMC tərəfindən icra ediləcək.

Loading

Next Post

Azərbaycanda zəlzələ olacaq iddialarına rəsmi - Reaksiya

“Qardaş Türkiyə Respublikasında 6 fevral 2023-cü ildə baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağıına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır”. Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bu iddialara cavab verib. “Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox […]