Bakıda daha iki ərazidə yollar təmir edilib

Oxunma vaxtı:26 Saniyə

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha iki ərazidə yolları təmir edib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, təmir işləri ümumi hərəkətə minimum maneə yaratmaq üçün əsasən istirahət günlərində və gecə saatlarında həyata keçirilir. Növbəti təmir Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücünün üzərində və Ziya Bünyadov prospektində (“Koroğlu” metro stansiyası istiqamətində) aparılıb.

İşlər iki gecə ərzində, saat 23:00-dan səhər 07:00-a qədər icra olunub. Nəticədə vətəndaşlara minimum narahatlıq yaradılmaqla daha iki ərazidə rahat və təhlükəsiz hərəkət təmin edilib.

Loading

Next Post

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanda aprelin 14-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]