Xarici dövlətlərin yük avtomobillərinin yol vergisindən azad olunması qaydası təsdiqlənib

Oxunma vaxtı:1 Dəqiqə, 9 Saniyə

Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydası təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qayda xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması ilə əlaqədar münasibətləri tənzimləyir.

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən azaddır:

– dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

– xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində göstərilən ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq gömrük ərazisinə yüklə və ya yüksüz daxil olur.

Bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycanın gömrük sərhədindən yüksüz keçərkən Gömrük Məcəlləsinə uyğun olaraq bəyan edilir.

Bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycanın gömrük sərhədindən yüklə keçərkən Gömrük Məcəlləsinə uyğun olaraq, daşıdığı yüklə eyni vaxtda bəyan edilir.

Loading

Next Post

Sabah 41 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraiti yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti […]