WUF13-də gələcəyin şəhərlərinin inşası üçün birləşməyə çağırış edilib

Oxunma vaxtı:41 Saniyə

Dünya ictimaiyyəti gələcəyin şəhərlərinin inşası naminə səylərini birləşdirməlidir.

Bu bəyanatla “TAF Africa Global” (bütün qitədə əlçatan və müasir mənzillərin inşası üzrə ixtisaslaşan, daşınmaz əmlak və tikinti sahəsində aparıcı Afrika şirkəti) şirkətinin baş direktoru Mustafa Nci Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı” panel sessiyasında çıxış edib.

“Qlobal Cənubda mənzil böhranının öhdəsindən gəlmək üçün dünya inşaatçılar və investorlar icmasının öz resurslarını və səriştələrini birləşdirməsi son dərəcə vacibdir. Urbanizasiya, infrastruktur çatışmazlığı və iqlim həssaslığı ilə bağlı çağırışlar təkbaşına öhdəsindən gəlinməyəcək qədər böyük miqyaslıdır.

Biz tikinti işlərini birlikdə həyata keçirəndə və dövlət-özəl tərəfdaşlığının Qlobal Cənubda təkcə mövcud olmağa deyil, həm də uğurla inkişaf etməyə qadir olduğunu nümayiş etdirəndə sadəcə şəhərlər yaratmırıq – biz gələcəyi formalaşdırırıq”, – M. Nci deyib.

Loading

Next Post

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° […]