Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb

Oxunma vaxtı:43 Saniyə

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu layihəsi üzrə ümumi icra faizi 86 % təşkil edir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14,1 kilometr olan Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun torpaq yatağının eni ərazidən asılı olaraq 26,5 metrədək dəyişir.

Layihə üzrə torpaq işləri tam yekunlaşdırılıb, yeni yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.

Eyni zamanda, yolboyu nəzərdə tutulan 3 körpünün, 9 düzbucaqlı və 38 dairəvi suötürücünün, 23 ehtiyat keçidinin tikintisi, eləcə də 14 avtobus dayanacağının quraşdırılması işləri artıq tamamlanıb.

Bildirilib ki, Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, həmçinin kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Loading

Next Post

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib. Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib. Qonaq ortaq […]