Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Oxunma vaxtı:30 Saniyə

Ölkəmizin füsünkar bölgələrinə səfərlər zamanı bir sıra hallarda sərt döngəli, enişli-yoxuşlu yollar qət etməli oluruq. Dağlıq relyef üçün xarakterik olan enişli-yoxuşlu, kiçik radiuslu və ya məhdud görüntülü döngəli yol sahələrində isə hər bir sürücünün köməyinə ilk növbədə yol nişanları gəlir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

“Xüsusilə, “Təhlükəli döngə”, “Təhlükəli döngələr”, “Sərt eniş”, “Sərt yoxuş”, “Döngənin istiqaməti” nişanları sürücünü qarşıdakı yol şəraiti haqqında əvvəlcədən xəbərdar edir, qabaqlayıcı tədbirlər görməyi tələb edir. Qalır bircə xəbərdarlığa əməl etmək. 
Ətraflı

Unutmayaq! Yol nişanları təkcə nizamlama vasitəsi deyil, həm də təhlükəsizliyimizin qarantıdır”, – deyə məlumatda qeyd olunub.

Loading

Next Post

Kiyevdə dağıntılar altından 24 nəfərin meyiti çıxarıldı

[center][img]https://azadmedia.az/uploads/posts/2026-05/1778828386_screenshot-2026-05-15-105610.png[/img][/center]Kiyevin Darnitski rayonunda Rusiya ordusunun zərbəsi nəticəsində vurulan yaşayış binasının dağıntıları altından 24 nəfərin meyiti çıxarılıb. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb. Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı 28 saatdan çox davam edib. “Hazırda 24 nəfərin öldüyü təsdiqlənib, onlardan 3-ü uşaqdır. Daha 48 nəfər yaralanıb”, — məlumatda qeyd olunub.