Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya gübrəsi və qarabaşağı Biləcəridən yola salınıb

Oxunma vaxtı:21 Saniyə

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana 4 vaqon gübrə və 1 vaqon qarabaşaq “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Gübrənin ümumi çəkisi 271 ton, qarabaşağın ümumi çəkisi isə 68 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.

Loading

Next Post

Gürcüstan Prezidenti və Baş naziri müsəlman icmasını təbrik edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze müsəlman icmasını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib. Onlar bəyanatlarında II İliyanın vəfatı ilə əlaqədar yas tutan gürcü pravoslav xristianlarına göstərilən həmrəyliyə görə müsəlman icmasına təşəkkürlərini bildiriblər. M.Kavelaşvili vurğulayıb ki, müsəlman vətəndaşların bu həssas dönəmdə bayram tədbirlərindən imtina etməsi ölkədə […]