İsrail HƏMAS-ın Qəzza ilə bağlı son atəşkəs təklifinə cavabını nəzərdən keçirir

Oxunma vaxtı:19 Saniyə

İsrail Fələstinin radikal HƏMAS hərəkatından Qəzza zolağında atəşkəslə bağlı son təklifə cavab aldığını təsdiqləyib.

Bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.

Məlumata görə, İsrail hazırda sənədi öyrənir.

Bundan əvvəl HƏMAS teleqram kanalında hərəkatın vasitəçilərə müsbət cavab verdiyini və müzakirə olunan təklifin həyata keçirilməsi ilə bağlı dərhal danışıqlara başlamağa hazır olduğunu bildirib. Bu qərar Fələstinin bütün fraksiyaları ilə məsləhətləşmələr başa çatdıqdan sonra qəbul edilib.

Loading

Next Post

BİZİM TƏQVİM: 5 iyul tarixində baş vermiş mühüm hadisələr

5 iyul 1921-ci ildə Rusiya Kommunist Partiyası Qafqaz Bürosunun iclasında keçmiş Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə büroda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsinə çalışsalar da, N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin etirazı və RK(b)P MK-nın işə qarışması […]