Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Oxunma vaxtı:26 Saniyə

Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək.

Bu barədə Berlində iyulun 21-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə qeyd edilib.

Bəyanatda qeyd edilib ki, insan və narkotiklərin qanunsuz dövriyyəsi daxil olmaqla regional və qlobal təhlükəsizlik məsələləri üzrə nazirlər səviyyəsində dialoq davam etdiriləcək.

Bəyannamədə iki ölkə arasında müdafiə sənayesində əməkdaşlığın təşviqi, müdafiə akademiyaları və qurumları arasında mütəxəssis və tələbə mübadiləsinin davam etdiriləcək.

Ortaq narahatlıq doğuran sahələrdə məlumat və ən yaxşı təcrübələrin mübadiləsi aparılacaq.

Loading

Next Post

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür.151 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan […]