İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün müttəfiqlik səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarova ölkənin Müstəqillik Günü münasibətilə təbrikində deyilir.

“Bu yaxınlarda qonaqpərvər ölkənizə həyata keçirdiyim dövlət səfəri ölkələrimizin sıx tərəfdaşlıq əzmini və geniş əməkdaşlıq gündəliyinin olduğunu nümayiş etdirmiş, Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsasını qoyub”, – Prezident bildirib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Qırğızıstan əlaqələri və müttəfiqliyi iki xalqın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərlə yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcək.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu gün Qırğız Respublikasına işgüzar səfərə gedib. “Manas” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.