Anar Əliyev Qobustanda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:27 Saniyə

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev fevralın 27-də Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar fevralın 18-20-də Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Loading

Next Post

İlham Əliyev qambiyalı həmkarını milli bayramları münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev qambiyalı həmkarı Adama Barrouya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan ilə Qambiya arasında sağlam təməllər üzərində qurulmuş münasibətlərin inkişafına böyük əhəmiyyət […]