
Bu gün (25.02.2025 ) Şəki Dövlət Yol Polis Bölməsinin sabiq təbliğat və təşviqat üzrə inspektoru, təqaüddə olan polis zabiti, ictimai fəal Tural Niftalıyevin doğum günüdür.
Tural Niftalıyev 13 dekabr 2021- ci ildə Şəki Şəhər Təhsil Şöbəsi ( indiki Təhsil Sektoru) tərəfindən ” Uşaq və yeniyetmələrlə bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Şəki Şəhər Təhsil Şöbəsi o cümlədən ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək şagirdlərə piyadanın vəzifələrinin öyrədilməsi üçün fəal maarifləndirmə işləri apardığına görə ” MƏKTƏBLİLƏRİN SEVİMLİSİ rəsmi adına layiq görülüb. Bundan əlavə, 30.03.2018-ci ildə Şəki şəhər 14 saylı uşaq bağçası tərəfindən Uşaq Bağçasının Dostu, 07.11.2023 cü ildə isə , Şəki Şəhər Qarışıq Tipli Uşaq Evi tərəfindən UŞAQLARIN DOSTU adına layiq görülüb.
Ona görədə, Doğrusöz tv.Az Milli İnformasiya Agentliyi olaraq belə hesab edirik ki,
uşaqların örnək ala biləcəyi əsil qəhrəman, elə Tural Niftalıyevdir.
Redaksiya heyətimiz adından, 25.02.2025-ci il doğum günü münasibəti ilə Tural Niftalıyevi təbrik edir, uzun ömür can sağlığı arzu edirik.



![]()
