Sahibə Qafarova: Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün böyük potensial var

DogruSozTv Az
Oxunma vaxtı:26 Saniyə

Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün böyük potensial var.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bakıda səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçlə birgə brifinqdə danışıb.

Onun sözlərinə görə, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri regional müstəvidə Cənubi Qafqaz-Balkan əməkdaşlığına təkan vermək baxımından vacib əhəmiyyət daşıyır:

“Azərbaycanla Serbiya arasında bir sıra istiqamətlərdə münasibətlərin inkişafı üçün böyük potensial var. Bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının, həmçinin münasibətləri daha da inkişaf etdirmək istəyimizin göstəricisidir. Bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi böyük məmnunluq doğurur”.

Loading

Next Post

Meloni və Şaraa ABŞ-da görüşüb

İtaliyanın Baş naziri Ciorcia Meloni və Suriya prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüş keçirib. Görüşün detalları barədə Meloni özünün “X” hesabında məlumat verib. “Görüş zamanı İtaliya şirkətlərinin qarşılıqlı maraq doğuran sahələrə investisiya qoyması vasitəsilə suveren və stabil Suriyanın yenidənqurulmasına olan dəstəyimizi vurğuladım. Suriyada cəmiyyətin bütün komponentlərinin […]