Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb

Oxunma vaxtı:25 Saniyə

Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

SON DƏQİQƏ! Azərbaycandan Rusiyaya uçuşlar dayandırıldı

Əldə olunan məlumata əsasən, sabahdan başlayaraq, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır. AZAL-dan verilən məlumata görə, vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının […]