Bakının bir sıra yollarında tıxac müşahidə edilir

Oxunma vaxtı:44 Saniyə

Bakının bir çox yollarında tıxac müşahidə edilir.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

13. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Loading

Next Post

Premyer Liqa: XXVII turun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək

Futbol üzrə Misli Premyer Liqasında XXVII tura bu gün start veriləcək. Günün yeganə oyununda “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da “Liv Bona Dea Arena”da start götürəcək. Naxçıvan təmsilçisi 46 xalla üçüncü, qonaqlar 27 xalla yeddinci pillədə qərarlaşıb. Misli Premyer Liqası III dövrə, XXVII tur 14 mart 19:00. “Araz-Naxçıvan” […]