Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu müəyyənləşir

alfonsonri
Oxunma vaxtı:51 Saniyə

Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu müəyyənləşir. 

Bu, “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsində öz əksini tapıb. 

Sənəddə qeyd olunan həmin siyahıya şifahi xalq yaradıcılığına aid nümunələrin mütləq anonimliyi, qeyri-maddi mədəni irs  nümunələrin şifahi, qeyri-rəsmi və rəsmi formada yaradılması, qorunması və nəsildən-nəsilə ötürülməsi, ərazi, etnik, dini, yaş, gender və sosial meyarlardan birinə və ya bir neçəsinə cavab verməsi və nümunələrin Azərbaycan xalqına, ayrı-ayrı sosial qruplara və ya fərdi şəxslərə mənsubluğu aiddir. 

“Qeyri-maddi mənəvi irs haqqında” qanunun müddəaları Azərbaycan ərazisində Azərbaycan xalqı, ayrı-ayrı sosial qruplar və ya fərdi şəxslər tərəfindən yaradılan, qorunan və nəsildən-nəsilə ötürülən, Azərbaycan xalqının mədəni ənənələrini təmsil edən qeyri-maddi mədəni irs nümunələrinə şamil olunmur. 

Qeyri-maddi mənəvi irs nümunələrinin qorunmasının maliyyələşdirilməsinə gəlincə, bu məsələ dövlət büdcəsindən ayırmalar, qeyri-maddi mədəni isr sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. 

Qanunun pozulmasına görə şəxslər Mülki və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hallarda məsuliyyət daşıyırlar.

Loading

Next Post

Bu ərazilərdə su olmayacaq

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 28 fevral 2023-cü il tarixində gün ərzində Binəqədi rayonunun  bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumatı […]