“Moody’s” Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb

Oxunma vaxtı:28 Saniyə

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan hökuməti üzrə kredit profilinə dair rəyini yeniləyib.

Agentlik ölkənin suveren kredit reytinqini Baa3, proqnozu isə “müsbət” səviyyəsində göstərir.

Moody’s-in qiymətləndirməsinə əsasən, Azərbaycanın kredit profili iri həcmdə xalis kreditor mövqeyi ilə dəstəklənir. Bu mövqe hökumət üçün əhəmiyyətli maliyyə buferi yaradır, dövlətin likvidlik imkanlarını gücləndirir və xarici həssaslıq risklərini azaldır.

Eyni zamanda bildirilib ki, regional münasibətlərdə gərginliyin qalması geosiyasi risklərin davam etməsinə səbəb olan əsas amillərdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, bu açıqlama kredit reytinqi üzrə rəsmi qiymətləndirmə deyil, Moody’s-in planlı analitik rəyini ifadə edir.

Loading

Next Post

Paşinyan: Bu gün Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür

Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür. APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə “hökumət saatı”nda deyib. O qeyd edib ki, 21 yanvar 2026-cı ildə Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür. Paşinyan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin illik hesabatına istinad edərək bildirib ki, Ermənistan və […]