Bilik Gününə tıxacla başladıq

DogruSozTv Az
Oxunma vaxtı:1 Dəqiqə, 9 Saniyə

Bu gün 15 sentyabr – Bilik Günü ilə bağlı Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

14. Babək prospekti, mərkəz istiqamətində;

15. “20 Yanvar” dairəsində;

16. Həsənoğlu küçəsi, Heydər Əliyev prospekti ilə kəsişmədən Fətəli xan Xoyski prospekti istiqamətində;

17. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

18. Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;

19. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

20. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində sıxlıq müşahidə olunur.

Loading

Next Post

Bu gün Azərbaycanda Bilik günü qeyd olunur

Bu gün Azərbaycanın təhsil müəssisələrində Bilik günü qeyd olunur. Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən tədris ili 15 sentyabr 2025-ci il tarixində başlayacaq, 14 iyun 2026-cı il tarixində başa çatacaq. Yeni tədris ilində təhsilalanlar ümumilikdə 2,2 milyon nəfər təşkil edəcək Sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif […]