Paşinyan: Bu gün Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür

Oxunma vaxtı:36 Saniyə

Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə “hökumət saatı”nda deyib.

O qeyd edib ki, 21 yanvar 2026-cı ildə Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür.

Paşinyan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin illik hesabatına istinad edərək bildirib ki, Ermənistan və Azərbaycan arasında hərbi eskalasiya riski demək olar ki, mümkün deyil.

“Deməli, qeyd edə bilərik ki, Ermənistan və Azərbaycan arasında sülh təmin olunub”, – o deyib.

Baş nazir qeyd edib ki, Ermənistan sülhün daha da institutlaşdırılması və möhkəmləndirilməsi istiqamətində diplomatik fəaliyyətini davam etdirir. Eyni zamanda o, Ermənistan-Azərbaycan münasibətlərində “keyfiyyətcə dəyişmiş atmosfer” olduğunu, o cümlədən hər iki tərəfin ritorikasında dəyişikliklər baş verdiyini və bu dəyişiklikləri alqışladığını qeyd edib.

Loading

Next Post

Sosial müdafiəyə xüsusi ehtiyacı olanların təhsil haqqını dövlətin ödəyəcəyi hallar müəyyənləşir

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi hallar müəyyənləşir. Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan “Təhsil haqqında” qanuna görə, sosial müdafiəyə […]