Peycer partlayışları: 879 nəfər ölüb, 131-i iranlıdır

Oxunma vaxtı:30 Saniyə

Livanda peycer və simsiz rabitə cihazlarının partlaması nəticəsində ümumilikdə 879 nəfər həlak olub, onlardan 131-i iranlı, 79-u yəmənli və 291-i Hizbullahın yüksək rütbəli üzvləridir.

Bu barədə sosial media platformalarında iddia olunub.

Bildirilib ki, bu, Hizbullahın hazırladığı daxili sənədlərin İsrailin hərbi kəşfiyyatı tərəfindən ələ keçirilməsindən sonra məlum olub.

Qeyd edək ki, Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xostopənah Livanda baş verən partlayışlarda bir neçə iranlının öldüyü və yaralandığını bildirib.

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda kibermüdaxilə nəticəsində müxtəlif rabitə qurğularında baş vermiş partlayışlarda, rəsmi məlumata görə, azı 32 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.

Loading

Next Post

Sumqayıtda əməliyyat: cinayətkar dəstə saxlanıldı

Sumqayıtda soyğunçuluqda və oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 18-də 17-ci mikrorayon ərazisində 65 yaşlı bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda, müxtəlif vaxtlarda isə şəhər ərazisində 4 evdən ümumilikdə 6700 manat […]