Kobaxidze: Aİ Gürcüstana olan tələblərini Moldova və Ermənistan üçün irəli sürmür

Oxunma vaxtı:36 Saniyə

Avropa İttifaqının (Aİ) Gürcüstana ikili yanaşması utancvericidir.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa bürokratiyası artıq Rusiyaya qarşı sanksiyalara qoşulmağı birbaşa olaraq tələb edir.

“2022-ci ildə biz sadə hesablama apardıq və gördük ki, sanksiyalara qoşulmaq ən azı iqtisadiyyatda 10 faizlik geriləməyə gətirib çıxara bilər. Buna görə də biz milli maraqlarımıza uyğun olan qərar qəbul etdik”, – Kobaxidze əlavə edib.

Baş nazir həmçinin xatırladıb ki, Avropa bürokratiyası bu cür tələbləri Moldova, Ermənistan və ya digər ölkəyə irəli sürməyib:

“Burada da ikili standartlar müşahidə olunur. Müəyyən ölkələrin baş nazirləri Avropadan Moskvaya uça bilirlər. Biz buna etiraz etmirik, bu, müvafiq ölkələrin öz işidir. Bir halda məqbul olan digər halda kəskin mənfi reaksiyaya səbəb ola bilər”.

Loading

Next Post

Aİ-nin anti-Azərbaycan isterikası: ikili standartlar bölgədə sülhə qarşı - ŞƏRH

Erməni lobbisinin təmsilçisinə çevrilən Avropa İttifaqı (Aİ) və onun nəzarətində olan Avropa Parlamentində anti-Azərbaycan isterikası səngimir. Bu qurumlar Cənubi Qafqazda sülh və əmin-amanlığa gedən yolda əsas maneəyə çevriliblər. Xüsusilə, Avropa Parlamenti mütəmadi olaraq Azərbaycanla bağlı qərəzə və ikili standartlara yol verir, müzakirə və qətnamələr qəbul edir. Hədəf və məqsəd bəllidir: […]