Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb

Oxunma vaxtı:28 Saniyə

İrəvan və Ankara daimi əlaqə saxlayır, əlaqələr üçün heç bir maneə yoxdur.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində iştirak etdiyi Atlantik Şurasında çıxışı zamanı bildirib.

“Əslində Türkiyə ilə əlaqələr üçün heç bir maneə yoxdur və biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz daim görüşür və söhbət edirlər, nümayəndələrimiz də daimi əlaqədədir, biz çox fəal işləyirik, nə etmək lazım olduğu barədə ümumi anlayış var”, – o qeyd edib.

“Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi belə aktiv dialoqda olmayıb və əlaqələr üçün heç bir maneə yoxdur” – baş nazir bildirib.

Loading

Next Post

Kamran Əliyev: Özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməməsinə çalışırıq

Özəl sektorda fəaliyyət göstərən şirkətlər bəzən baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət etmək istəmirlər. Bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib. K.Əliyev əlavə edib ki, Baş Prokurorluq onların müdafiəçisi qismindədir: “Prokurorluq qanunların dəqiq və dürüst icra olunmasına nəzarət edən qurumdur. Özəl sektorla bağlı müraciətlərlə bağlı açıq […]