Çində yol qəzasında azı 10 məktəbli ölüb və ya yaralanıb

Oxunma vaxtı:20 Saniyə

Çinin Şandun əyalətinin şərqindəki Tayan şəhərində məktəb yaxınlığında baş verən ağır yol qəzasında azı 10 uşaq ölüb və ya yaralanıb.

Bu barədə “Xinxua” agentliyi xəbər yayıb.

Hadisə çərşənbə axşamı Tayan şəhərinin Dunpin kəndində yerli məktəblərdən birinin qapısında baş verib. Bildirilir ki, məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən şagirdlərin üstünə çıxıb.

Agentlik hələ ölən və yaralananların sayı barədə dəqiq məlumat verməyib.

Hadisənin səbəbləri açıqlanmır.

Loading

Next Post

Göygöldə yük maşınları toqquşub, xəsarət alanlar var

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hacıməlik qəsəbəsi ərazisində 2 yük maşınının toqquşması nəticəsində 55 yaşlı Ə.Hacıyev və 54 yaşlı B.Zərbəliyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.