Özbəkistan Taliban hökuməti ilə 35 memorandum İMZALAYIB

Oxunma vaxtı:26 Saniyə

Əfqanıstan və Özbəkistan 2,5 milyard dollar dəyərində 35 anlaşma memorandumu imzalayıblar.

Bu barədə “Kun.uz” məlumat yayıb.

Sənədlərin imzalanması Əfqanıstanın Müvəqqəti Hökumətinin iqtisadi məsələlər üzrə baş nazirinin müavini vəzifəsini icra edən Əbdül Qani Baradar və Özbəkistanın Baş naziri Abdulla Aripovun, habelə hökumət rəsmilərinin və özəl sektorun nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Bunlardan 12 anlaşma memorandumu 1,4 milyard dollarlıq investisiya sazişi, 23-ü isə 1,1 milyard dollarlıq ticarət sazişi olub.

Qeyd edək ki, Əfqanıstanda 2021-ci ildə hakimiyyət Taliban qruplaşması tərəfindən ələ keçirilib.

Loading

Next Post

Ermənistandan sərhəddə növbəti TƏXRİBAT

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən […]