Ermənistan parlamenti müxalifətin milli böhran haqqında bəyanatının layihəsini rədd edib

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri Komissiyası müxalif “Şərəfim var” fraksiyasının təqdim etdiyi “Milli böhran və idarəetmənin iflası haqqında” bəyanatı mənfi rəylə qarşılayıb.

Bu barədə Ermənistan KİV-ləri bildirib.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan həmməruzəçi Arusyak Culhakyan qeyd edib ki, 2021-ci ildə keçirilən seçkilərdə parlament müxalifəti səslərin 10 %-ni belə qazana bilməyib. Müxalifətin sonrakı fəaliyyəti göstərib ki, xalq hakimiyyəti dəstəkləməkdə davam edir.

“Bu müzakirələr üçün hələ tezdir. Gəlin gözləyək, xalqı birləşdirin. Əgər parlament seçkilərinə qədər bunu bacarsanız, müzakirə edək. Əgər bacarmasanız, o zaman seçkilər demokratik ölkələrdə hakimiyyətin dəyişməsinə imkan verən qanuni vasitədir”, – o deyib.

Həmməruzəçinin sözlərinə görə, həm bu bəyanat, həm də hökumətə etimadsızlıq prosesi üçün hələ tezdir.

Loading

Next Post

Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı arxivə verilib

Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı parlamentin arxivinə təhvil verilib. Bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan “Factor.am”a bildirib. “44 günlük müharibənin səbəblərinin araşdırılması üzrə istintaq komissiyasının hesabatının parlamentin plenar iclaslarının gündəliyinə daxil edilməsi müddətlərin üst-üstə düşməməsi səbəbindən hüquqi baxımdan mümkün olmayıb. Bütün mümkün maraqlı tərəflərlə aparılan müzakirələr […]