Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı arxivə verilib

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı parlamentin arxivinə təhvil verilib.

Bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan “Factor.am”a bildirib.

“44 günlük müharibənin səbəblərinin araşdırılması üzrə istintaq komissiyasının hesabatının parlamentin plenar iclaslarının gündəliyinə daxil edilməsi müddətlərin üst-üstə düşməməsi səbəbindən hüquqi baxımdan mümkün olmayıb. Bütün mümkün maraqlı tərəflərlə aparılan müzakirələr nəticəsində hesabatın parlamentin arxivinə göndərilməsi qərara alınıb. Orada hər bir deputat konfidensiallıq icazəsinə malik olan hesabatla tanış ola bilər”, – Arutyunyan qeyd edib.

Loading

Next Post

Zakir Həsənov Britaniya səfiri ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və […]