Hulusi Akar və Soyluya yeni vəzifə verildi

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Türkiyədə mayın 14-də AK Partiyadan millət vəkili seçilən və Türkiyə Böyük Millət Məclisinə daxil olan keçmiş nazirlərə Məclisdə yeni vəzifə verilib.

Türkiyənin sabiq daxili işlər naziri Süleyman Soylu, keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Ətraf Mühit Komissiyasına, həmçinin keçmiş Sənaye və Texnologiya naziri Mustafa Varank Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasına sədr seçilib.

Sabiq Milli Müdafiə Naziri Hulusi Akar da Milli Müdafiə Komissiyasının sədri təyin olunub.

Loading

Next Post

Repetitor yanına getməyin dəbə çevrilməsi məktəbə və müəllimə olan ictimai etibarı azaldır

Repetitorluğun şagirdləri məktəb mühitindən uzaqlaşdırması barədə indiyədək bir çox kütləvi informasiya vasitələrindəı, eləcə də “Doğru Söz” qəzetində xeyli tənqidi məqalələr dərc olunub. Həmin səbəbdən məktəblərdə dərsə davamiyyətin çox aşağı düşməsi, şagirdlərin yalnız seçdikləri ixtisas qruplarına uyğun fənləri oxumaları, bunun isə şəxsiyyətyönümlü təhsillə ziddiyyət təşkil etməsi, məktəbin əhəmiyyətini azaltması haqda çox […]